backend

“Playboy” çılpaq modelinin olmadığı ilk üz qabığını göstərdi – FOTO

“Playboy” çılpaq modelinin olmadığı ilk üz qabığını göstərdi – FOTO
Jurnal əsaslı dəyişiklik edib.

Nəşriyyat işində vaxtı ilə əsl çevriliş edən, bununla da populyarlıq qazanan jurnal indi öz ampulasından kənara çıxıb.

60 il ərzində ilk dəfə çap versiyasında tamamən çılpaq qadının şəklindən imtina edib. Bu mənada sosial şəbəkədə debüt qəhrəman Sara Makdaniel olub. Məhz bu qızla “Playboy” tarixinin yeni erasına başlayıb.

“Playboy” çılpaq modelinin olmadığı ilk üz qabığını göstərdi – FOTO

Bu əsaslı dəyişikliklərə baxmayaraq, jurnalın direktoru qeyd edib ki, “Playboy” öz orijinal üzünü saxlamağa çalışıb. Belə ki, jurnalın səhifələrində əvvəlki kimi çılpaq qızlar peyda olacaq.

“Bu seksual da olsa, iş üçün təhlükəsiz olacaq”, - deyə o, oxucuları buna əmin edib.
“Playboy” çılpaq modelinin olmadığı ilk üz qabığını göstərdi – FOTO
Xatırladaq ki, jurnalın üz qabığında son çılpaq ulduz Pamela Anderson olub. Model və aktrisa üçün fotosessiya özünəməxsus yubiley və rekord olub.



Belə ki, “Playboy”da 15-ci dəfə peyda olması ilə yanaşı 14-cü dəfə jurnalın üz qabığına düşüb.

www.oxu.az