backend

Zaqatala təhsil şöbəsinin müdiri H.Qurbanov barədə yazılanlar həqiqətə uyğun deyil - TƏKZİB

Zaqatala təhsil şöbəsinin müdiri H.Qurbanov barədə yazılanlar həqiqətə uyğun deyil - TƏKZİB
Son günlər bir necə saytda Zaqatala rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov haqqında müxtəlif məzmunlu, həqiqətə uyğun olmayan yazılar yayımlandı. “cahib eliyev” adlı psevdo-şəxsin göndərdiyi informasiyalara əsaslanaraq yayımlanan bu məlumatların böhtan olduğu, heç bir fakta əsaslanmadığı, qərəzli kampaniya aparıldığı istər şöbə müdiri tərəfindən, istərsə də ziyalı sektorun tanınmış simaları tərəfindən bəyan edilib.
Bu dəfə təkzib həmin məlumatı yayan saytlardan gəlib.
qaynarxett.az açıqlamasında bildirir:
qaynarxett.az həm göndərilən məlumatlar, həm də göndərən şəxslə bağlı apardığı araşdırmalardan dolayı belə bir qənaətə gəlib ki, həmən
adlı şəxs mövcud deyil və bu məlumatları da mətbuata hansısa maraqlı bir şəxs, başqa bir ad altında ötürür. Məsələn, bizə bəlli elektron ünvandan məlumatları göndərən eliyev dəfələrlə yazmağımıza baxmayaraq, heç bir şəkildə bizimlə əlaqə saxlamayıb, hətta cavab belə yazmayıb. İsrarlı xahişlərimizin nəzərə alınmaması və heç bir cavab verilməməsi təbii ki, belə bir təəssürat yaradıb ki, bu adam mövcud deyil, hətta mövcud olsa belə açıq şəkildə ortaya çıxmaqda maraqlı görünmür.

Bundan başqa,cahib eliyevin şöbə müdürünə qarşı irəl sürdüyü iddiaların bəzilərini də araşdıraraq, onların uzlaşdırılmasını aparmışıq və verilən məlumatlar heç bir şəkildə təsdiqini tapmayıb. Bununla bağlı əməkdaşımızın araşdırmasını sizə təqdim edəcəyik.

Digər tərəfdən,qeyd edək ki bu faktlar şöbə müdirinin ictimai nüfuzuna xələl gətirməyə hesablanıb.



Bundan başqa, göndərilən digər mətləblərlə də bağlı apardığımız araşdırmalar təsdiqini tapmayıb. Və belə bir qənaətə gəlmişik ki, bu məlumatı ötürən şəxs mövcud deyil, məlumatlarında qərəzçilik xüsusi diqqəti çəkir, habelə şəxsi maraqlarını güdərək Habil Qurbanovun ünvanına böhtan atır. Bu səbəbdən də qaynarxett.az-da yayımlanmış məlumata istinadən xəbər vermiş digər həmkarlarımızdan da xahiş olunur ki, bu məsələdə diqqətli olsunlar.

qaynarxett.az olaraq belə bir dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatın mətbuatda yayılmasından dolayı üzüldüyümüzü bildiririk.