backend

Əfqanıstan heroinindən və Cənubi Amerika kokainindən 3 milyondan çox adam həlak olub

Əfqanıstan heroinindən və Cənubi Amerika kokainindən 3 milyondan çox adam həlak olub


Son 20 ildə dünyada Əfqanıstan heroinindən və Cənubi Amerika kokainindən 3 milyondan çox adam həlak olub. Novator.az xəbər verir ki, bunu Rusiyada narkomaniyaya qarşı mübarizə aparan polis idarəsinin rəisi Viktor İvanov deyib.

İvanov Əfqanıstan və Cənubi Amerikada istehsal olunan narkotiklərin dəyərinin 4 trilyon dollar təşkil etdiyini söyləyib. O bildirib ki, dünyada narkomaniya sahəsində vəziyyətin kritik həddə çatmasının birinci səbəbi miqyasına görə iki ən böyük mərkəzdə — Əfqanıstanda heroinin, Cənubi Amerikada isə kokainin istehsal olunmasıdır.

Viktor İvanov bu mərkəzlərdə narkotik istehsalının həqiqətən sənaye xarakteri daşıdığını və transmilli mütəşəkkil cinayətkar şəbəkənin yarandığını vurğulayıb. İvanovun sözlərinə görə, narkotikin geniş istehsalı və uzaq bazarlara daşınması onun ən müxtəlif formalarda yayılmasına, narkomaniyanın artmasına gətirib çıxarır.