backend

Azərbaycanda 70 hakim haqda araşdırma başlanıb - Ramiz Rzayevdən açıqlama

Azərbaycanda 70 hakim haqda araşdırma başlanıb - Ramiz Rzayevdən açıqlama

Son 5 ildə Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraatı başlanılıb

Bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən 5 nəfərin səlahiyyətlərinə xitam verilib, hakimlikdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərinə töhmət verilib, 12 nəfərinə irad tutulub.

R.Rzayev xatırladıb ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.