backend

Qazaxlardan ermənilərə ismarıc: Bizimlə münasibətləri korlamaq istəyirlərsə...

Qazaxlardan ermənilərə ismarıc: Bizimlə münasibətləri korlamaq istəyirlərsə...
Bir neçə gündən bundan əvvəl, Astananın Bakıya dəstəyi, eləcə də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti zamanı Qazaxıstan və Türkiyə prezidentləri tərəfindən nümayiş olunan isti münasibətlərə etiraz əlaməti olaraq Ermənistanın Şirak əyalətinin Ariç kəndinin sakinləri Nursultan Nazarbayevin adını daşıyan küçədəki lövhəni söküblər.

Bundan əlavə, onlar yerli kitabxanada Qazaxıstan liderinin adını daşıyan guşəni dağıdıblar.

Milli.Az xəbər verir ki, bununla bağlı məsələni Day.Az-a şərh edən qazaxıstanlı politoloq Marat Şibutov belə deyib:

"Əlbəttə ki, bu vəziyyət ürəyimizcə olmadı. Amma əgər ermənilər küçənin adını dəyişmək istəyirlərsə, qoy dəyişsinlər. Bundan Qazaxıstana soyuq və ya isti olmayacaq. Bu, onların problemidir, bizim yox. Əgər ermənilər Qazaxstanla münasibətləri korlamaq istəyirlərsə, qoy korlasınlar. Bizim necə deyərlər, bundan itirəsi heç nəyimiz yoxdur".

Bundan əlaqə, M.Şibutov qeyd edib ki, Qazaxıstanın Qarabağ məsələsindəki mövqeyi münaqişənin sülh yolu ilə tənzimlənməsini dəstəkləməkdən ibarətdir:

"Biz yalnız sülhün tərəfdarıyıq və bu məsələnin hərbi yolla həllini istəmirik. Biz sülh prosesini dəstəkləyirik".