“Rusiya İran və Ermənistan vasitəsi ilə Azərbaycanı mühasirəyə alır”

Dunya 19-06-2016, 23:17
“Rusiya İran və Ermənistan vasitəsi ilə Azərbaycanı mühasirəyə alır”
Məlum olduğu kimi, İran və Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalanıb. Maraqlıdır, bu saziş Azərbaycanın təhlükəsizliyi baxımından hər hansı təhlükə ehtiva edirmi?


Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli baş verənlərin Azərbaycan üçün yaxşı heç nə vəd etmədiyini vurğuladı:


“Rusiya İran və Ermənistan vasitəsi ilə bir növ Azərbaycanı mühasirəyə alır. Ermənistanla strateji əməkdaşlıq haqqında sazişin imzalanması, Ermənistanın KTMT-ə üzv qəbul edilməsi, Ermənistanla hava hücumundan müdafiə sistemlərinin yaradılması, İranla sazişin imzalanması və s. buna nümunədir. İranla Rusiya arasındakı saziş elə bir təəssürat yarada bilər ki, bu əməkdaşlıq ABŞ-a və ya kiməsə qarşı yönəlib. Lakin İranın bir dərdi var ki, o da Azərbaycan dərdidir. İran çalışır ki, Azərbaycanı daim müəyyən təzyiq altında saxlasın. Iran nə qədər iddia etsə ki, bütün bunlar təhlükəsizlik məqsədi ilə edilir, bu, boş söhbətdir. Belə bir müqavilənin imzalanması əslində gözlənilən idi. Onsuz da İran-Rusiya, İran-Ermənistan münasibətləri müqavilələrdən öncə də yüksək səviyyədə idi. Münasibətlərin müqavilə səviyyəsində öz əksini tapması kimin-kim olduğunu daha aydın göstərdi”.
Oxunub: 998
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10