backend

Ərdoğanın çevriliş gecəsi çəkilən daha bir - Videosu

Ərdoğanın çevriliş gecəsi çəkilən daha bir - Videosu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi çevriliş hadisələri zamanı çəkilən daha bir görüntüsü yayılıb.

Axar.az xəbər verir ki, 15 iyul gecəsi çəkilmiş videoda prezidentin Atatürk Hava Limanında yaralanan bir vətəndaşın yanına gedib onun alnından öpməsi əks olunub.

Yaralı vətəndaş da prezidentin boynunu qucaqlayaraq: “Sizə canım fəda olsun”, - deyir.

Görüntüləri hadisə yerində olan vətəndaşlardan biri mobil telefonu ilə qeydə alıb.