backend

Prezident Güləni seçdi: “Türkiyənin fikirləri absurddur”

Prezident Güləni seçdi: “Türkiyənin fikirləri absurddur”
Qırğızıstan ərazisində Gülən tərəfdarlarının çevriliş edəcəyi fikri absurddur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

Onun sözlərinə görə, Qırğızıstandakı türk liseyləri ölkə ərazisində Təhsil Nazirliyinin planına əsasən fəaliyyət göstərirlər:

“Türkiyə bizə müstəqillik dövründə çox yardımlar edib. Buna görə minnətdarıq, amma öz şərtlərini bizə diktə etmələri gərək deyil”.

Qeyd edək ki, bundan öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fətullah Gülən tərəfdarlarının Qırğızıstanda çevriliş hazırlamaq iqtidarında olduğunu bildirib və Qırğızıstan tərəfindən sərt bəyanatla qarşılaşıb.