backend

Dünyanı lərzəyə gətirən ÖLÜM QRUPU haqqında QANDONDURAN GİZLİNLƏR - FOTO

Dünyanı lərzəyə gətirən ÖLÜM QRUPU haqqında QANDONDURAN GİZLİNLƏR - FOTO
Dünyanı lərzəyə gətirən ÖLÜM QRUPU haqqında QANDONDURAN GİZLİNLƏR / Dünyanı lərzəyə gətirən ÖLÜM QRUPU haqqında QANDONDURAN GİZLİNLƏR/ Dünyanı lərzəyə gətirən ÖLÜM QRUPU haqqında QANDONDURAN GİZLİNLƏR


İŞİD-in bütün dünyada terror aktlarını törədən, həmçinin, döyüşçülər toplayan “Emni” qrupu təşkilatın polis və kəşfiyyat funksiyasını da yerinə yetirir. “Xüsusi təyinatlıların” olduğu bu qrupun fəaliyyəti sözün əsil mənasında qandondurandır.

Publika.az “The New York Times”-a müsahibə verən “Emni” qrupunun döyüşçüsü olmuş, hazırda həbsdə olan Harri Sarfonun fikirləri əsasında qrupun fəaliyyətini işıq salır.

İŞİD-in Avropanı lərzəyə gətirən kəşfiyyatçıları

“Emni” qrupuna Əbu Məhəmməd əl-Adnani başçılıq edir. Qrupun əsas işi İŞİD-in təbliğatını aparmaq, dünyanın müxtəlif yerlərində terror aktları törətməkdir. Qrup həmçinin terrorun əsas mexanizmini həyata keçirir. Onun əməkdaşları Parisdəki hücuma, Brüsseldə hava limanı və metronun partladılması kimi səs-küylü terror aktlarını reallaşdırır.

Bu gün “Emni” üzvləri dünyanın bütün yerlərində - Avstriya, Almaniya, İspaniya, Liviya, Tunis, Banqladeş, İndoneziya, Malayziya kimi ölkələrdə təşkilatlanıb.

İŞİD kəşfiyyatçıları dünyanın müxtəlif yerlərindən “Emni” qrupu üçün əsgər toplayır və Türkiyə-Suriya sərhədinə gətirirlər. Orada yeni əsgərləri dindirir və siyahıya alırlar.

H.Sarfo deyir ki, onu qarşılayanda ilk növbədə barmaqlarının izlərini və qan analizini götürüblər, həmçinin, fiziki müayinədən keçiriblər.

“Sonra mənimlə noutbuk üzərindən bir şəxs danışdı. O mənə müxtəlif suallar verirdi. Adımı, haradan olduğumu, atamın, anamın adını, təhsilimi soruşur, şəxsi eqolarımı, maraqlarımı araşdırırdı. Onları mənim keçmişim maraqlandırırdı”, - deyə Sarfo bildirib.

“Mafi muşkilya” və Paris partladı

Sarfo Bremendə məscidə daim baş çəkirdi. Daha sonra o, dörd nəfərlə döyüşməyə yola düşür. O, vaxtilə oğurluq üzrə pis şöhrət qazanmışdı. İŞİD oğurluğa görə insanın əlini kəsir, lakin onlar yeni döyüşçünün kriminal keçmişinə üstünlük verirlər. İŞİD-ə təşkil olunmuş cinayəti həyata keçirməyi, saxla pasport düzəltməyi bacaran, yaxud ekstremistləri Avropa Birliyinə göndərmək üçün qaçaq marşrutları tanıyan insanlar lazımlıdır.

“Onlar mənə bildirdilər ki, Almaniyadakı işləri həyata keçirmək, terror aktları törətmək üçün adamları çatmır. Əvvəl hər şey normal idi, lakin sonradan bir agentə görə onlar əməkdaşlıqdan imtina etdilər. Onlar İngiltərədə olmuş hadisədən sonra qorxdular. Amma Fransada könüllülərlə bağlı problem yox idi. Mənim yoldaşım Fransa haqda soruşanda onlar güldülər. “Fransa ilə bağlı narahat olma. “Mafi muşkilya” (ərəbcə “problem yoxdur” deməkdir)” – deyə bildirdilər. Bu söhbət 2015-ci ildə oldu və yeddi ay sonra Parisdə terror aktları silsiləsi baş verdi”, - Sarfo danışır.

İŞİD yaranandan sonra Qərb xüsusi xidmət orqanları “Emni” qrupu haqda informasiya toplamağa başladı. Əvvəlcə bu qrup əsasən daxili təhlükəsizlik məsələləri ilə məşğul olur, casuslarla mübarizə aparırdı, lakin sonradan xaricdə terror hücumlarının təşkilatı işini həyata keçirməyə başladı.

İŞİD-in tərkibində döyüşərək qayıtdıqdan sonra ötən il Fransa kəşfiyyatının həbs etdiyi Nikolya Moro deyir ki, “Emni” 2015-ci ildən etibarən üzvlərini xaricdə hücumlar təşkil etmək üçün göndərməyə başlayıb: “Mən Rakkada restoranda işləyirdim. “Emni”nin əsas rəhbərləri nahar etməyə ora gəlirdi. Parisdəki hücumu təşkil edən Əbdülhəmid Abaud da tez-tez ora gələrdi”.

H. Sarfo deyir ki, “Emni” qrupuna vaxtilə “Əl-Qaidə”də döyüşmüş şəxslər daha tez qəbul edilirdi: “İlk növbədə Banqladeşdən, Malayziyadan, İndoneziyadan gələnlərin “Əl-Qaidə”də döyüşüb-döyüşmədikləri ilə maraqlanırdılar. Çünki belələrinin təcrübəsi çox olurdu”.

Onun sözlərinə görə, “Emni” Avropada çoxsaylı “yatan hücrələr” yaradırdılar: “Bu hücrələr koordinator kimi istifadə olunur, göndərilən əmirlər onlar tərəfindən digərlərinə verilirdi. Lakin “Emni”nin Amerikaya döyüşçü göndərməsi mümkün olmurdu. Əvəzində sosial şəbəkələr vasitəsilə ABŞ və Kanadada lazımi insanları cəlb etmək işi aparılırdı”.

İŞİD-ə qatılmaq üçün Türkiyəyə gələnlərin üsulu da diqqət çəkir. Belə ki, yeni döyüşçülər təlimata əsasən Türkiyənin cənub ərazilərinə gəlir və mehmanxanada otaq tutur. Mehmanxananı pulunu da ödəyir. Bundan sonra qaçaq yolu ilə Suriyaya üz tutur.

Çimmək və yemək qadağandır, gündə iki stəkan su və dəhşətli məşqlər

185,5 santimetr boya, 129 kiloqram çəkiyə malik olan Sarfonu xüsusi təyinatlı dəstəyə köçürdülər. “Emni” qrupunun üzvləri bir qayda olaraq subay olur. Hətta nişanlanmış, yaxud evlənməyə hazırlaşanları ora qəbul etmirlər. Qrupun tərkibində hücum edən dəstə “Kuvat kxas” adlanır. Onlar şəhərlərdə güclü hücumlar təşkil edirlər. Qrup tərkibində digər dəstələr də var və hər bir dəstə ayır-ayrı fəaliyyət həyata keçirir.

“Almaniyadan başqa bir döyüşçü ilə Rakkanın yaxınlığındakı səhraya gəldik. Onlar bizi maşından düşürdülər. Biz səhranın ortasında nə baş verdiyini anlaya bilmirdik. Sonra gördük ki, səhrada bir çox maskalanmış mağaralar qazılıb. Bura məşq düşərgəsi idi. Orada yuyunmaq, yemək qadağan idi. Bir mağarada altı insan yaşayırdı, gündə iki stəkan su verilirdi. Suyu gətirib mağaranın kandarına qoyurdular. Onlar yoxlamaq istəyirdi ki, kim daha çox dözəcək. Yeni əsgərlər saatlarla qaçır, tullanır, sürünürdülər. Bəziləri huşunu itirirdi. Kim dözmürdüsə onun nazı ilə oynamırdılar. Yorğunluqdan ayaq üstə dayana bilməyən əsgərlərin düz dayanması üçün əl-ayağını sütuna bağlayırdılar. Bir həftə belə davam edirdi. İkinci həftə isə “Kalaşnikov” avtomatı verirdilər və hətta gecə də avtomatdan ayrılmamağı əmr edirdilər. Silahlı üçüncü əl kimi qəbul etmək lazımdır”, - deyə o qeyd edir.

Gözləri bağlı şəkildə rəhbərlə görüş

Xüsusi təyinatlı dəstənin hazırlıq proqramı 10 səviyyə üzrə aparılır.

Sarfo ikinci səviyyəsini uğurla başa vurandan sonra onu başqa düşərgəyə köçürürlər. Bura Tabka çayındakı ada idi. Orada o, budaqlarla örtülən yuvada yatırmış. Bu düşərgədə əsgərlər üzməyi və ulduzlara görə istiqaməti seçməyi öyrənirmişlər.

Sarfo məşqlər zamanı düşərgənin mərakeşli əmiri ilə yaxınlaşıb. Əmir ona deyirmiş ki, “Emni”nin bütün əməliyyatlarının arxasında Əbu Məhəmməd Əl Adnani dayanır.

Adnaninin 39 yaşı var. O Suriyanın şimalında Binniş şəhərinin sakinidir. ABŞ onun başına beş milyon dollar mükafat təyin edib. Onun haqqında çox az informasiya var, hətta yeni fotosu belə yoxdur. O əvvəlcə dünyadakı müsəlmanlara kafirləri öldürmək çağırışı edən İŞİD-in rəsmi nümayəndəsi kimi məşhurlaşıb.

“Emni” üzvləri 10 səviyyə üzrə olan məşqləri uğurla başa vurandan sonra gözləri bağlı şəkildə Adnani ilə görüşürlər. Onu görmədən sədaqətli olacaqları haqda and içirlər.

Vaşinqtonda demokratiyanın müdafiəsi fondunun böyük elmi işçisi Tomas Coselin deyir ki, Adnani təkcə İŞİD-in sözçüsü deyil, xaricdə keçirilən əməliyyatlarda əsas fiqurdur.

Qaçış...

H.Sarfo deyir ki, artıq ürəyində şübhələrə yol açılıbmış. Xüsusilə əsirləri diz üstə oturdub, başlarından güllələyndən sonra o zorakılığı qəbul etməməyə başlayıb. Və o İŞİD-dən qaçır. Bir neçə həftə İŞİD-in nəzarəti altındakı ərazilərdə gizlənir və daha sonra oranı tərk edir. 2015-ci il 20 iyul tarixində xüsusi xidmət orqanları onu hava limanında həbs edir. İndi terrorçuluqda üzrə ittiham olunur və artıq üç ildir məhkəmə prosesi davam edir.

İŞİD-in ən maraqlı yenilikləri arasında əcnəbilərin, xüsusilə avropalıların terror aktlarına cəlb edilməsidir.

Xüsusi xidmət orqanları “Emni” rəhbərliyinə yaxın olan iki şəxs haqda maraqlanırlar. Biri fransalı Əbu Süleyman, digəri suriyalı Əbu Əhməddir. Onlar xaricdə terror aktlarının törədilməsi üçün insanları və hədəfləri seçir, həmçinin, gediş marşrutunu təmin edirlər. Bu iki şəxs Fransada və Avropanın bir neçə yerində törədilən terror aktının əsas təşkilatçıları olub.