backend

Prezidentdən hərbi xidmət haqda mühüm dəyişiklik

Prezidentdən hərbi xidmət haqda mühüm dəyişiklik














Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən hərbi xidmətdən möhlət hüququ ilə bağlı bir sıra səlahiyyətlər prezidentə verilib.

Fərmanla ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara möhlət hüququ prezidentin qərarları ilə tənzimlənəcək.

Bundan başqa ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət verilməsi də Prezidentin səlahiyyətinə verilib.