100 mindən çox evin telefonu kəsildi - Məcburi köçkünlərə qarşı məcburi addım
3 511
Xəbər verdiyimiz kimi "Qaçqınkom" məcburi köçkünlərin aylıq telefon haqqını bundan sonra dövlətin ödəməyəcəyi haqda abonentlərə müraciət edib
Bir aya yaxındır belə bir müraciəti alan əksər məcburi köçkünlər gözləmə mövqeyi tuttaraq borclarını ödəmirdilər.
Politika.Az xəbər verir ki, dünəndən etibarən borclu bütün abonentlərin telefonları kəsilib. Telefonlar kütləvi şəkildə xətdən çıxarılıb. Nəticədə paytaxtda və Sumqayıtda məcburi köçkünlərin yaşadığı yüz mindən çox evin telefonu kəsilib.(moderator.az)