backend

"XƏZƏR"İN EFİRİNDƏ YENƏ RUSVAYCILIQ - BU LAR AG OLDU...

"XƏZƏR"İN EFİRİNDƏ YENƏ RUSVAYCILIQ - BU LAR AG OLDU...

“Xəzər” televiziyasının ötən günkü (5 dekabr) buraxılışında müğənni Mətanət Əsədova ilə aparıcı Zaur Kamal arasında maraqlı dialoq olub

Qaynarxett.Az a24.az-a istinadən xəbər verir ki, Mətanət Əsədova efirə çağırılan zaman Zaur müğənniyə əsəbləşib və “bilmirsənmi, məndə bu tərəf işləmir? Birdən çəkərəm səni təpəsi aşağı düşərsən. Mənə niyə belə naz edirsən. Mən nazı-zadı xoşlamıram. Heç vaxt qızların, xanımların nazını çəkməmişəm. Gəl görüm!” deyib.

Daha sonra müğənni Mətanət Əsədova mahnı ifa edib, rəqs etməyə başlayıb. Aparıcı musiqini dayandıraraq müğənnidən “most”a getməsini istəyib. Mətanət Əsədova isə “Mostu saxla, sənin özüvü aparacam o mosta. Qulaq as! Səni alaram başıma, fırladıb, elə most kimi ataram yerə” deyərək hislərini cilovlaya bilməyib, yarı zarafat da olsa aparıcının cavabını verib.

Aparıcı Zaur isə söbhəti başqa istiqamətə dəyişməyə başlayıb. Bunu görən Mətanət Əsədova “Zaur, tələsmə Zaur, hər şey yaxşı olacaq!” deyərək yerinə əyləşib.

Qaynarxett.Az a24.az-a istinadən verilişdən olan videogörüntünü təqdim edir: