backend

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı













Prezident İlham Əliyev Y.Q.Məmmədovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamı təqdim edirik:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Qeyd edək ki,Yaşar Məmmədov Quba Rayonunun İcra başçısıdır.

///AZƏRTAC