backend

Sahibkarlar partiyasından başçı müavinliyinə: Qasım Qasımov necə investor oldu?

Sahibkarlar partiyasından başçı müavinliyinə: Qasım Qasımov necə investor oldu?












Prezident icra hakimlərinə xaric investorları cəlb etməyi tapşırıb

Şamaxı icra başçısının müavini xarici investor kimi rayona sərmayə qoya bilər.

Qasım Qasımov artıq ölkə hüdudlarından kənarda ticarət bazası qurub. Başçı müavini Rusiyanın Sankt-Peterburq şəhərində biznes şəbəkəsi qurub.

Bu biznesin təşkilində ona hərbi xidmətdən yayındığı və adıçəkilən şəhərə getdiyi iddia olunan oğlunun dəstək verdiyi bildirilir. Habelə, Q.Qasımovun qardaşı oğlanlarının da əsgərlikdən yayınaraq Rusiyanın ikinci şəhərinə getdikləri və biznesə nəzarət etdikləri söylənir.

İcra başçısının müavinin S.Peterburqda hansı biznesi qurduğu açıqlanmır. Güman olunur ki, həm geyim, həm ərzaq mağazaları fəaliyyətdədir.

Bu biznesi hansı maliyyə hesabına yaratdığı bilinmir. Hər halda dövlət məmurunun aldığı maaş ölkədən kənarda deyil, rayonda da biznes qurmağa imkan vermir.

Politika.Az-a verilən xəbərə görə, Qasım Qasımovun xaricdə biznesinin olması onun investor kimi fəaliyət göstərməsinə rəvac verir.

Büdcə pullarına biznes quran və inkişaf etdirən başçı müavini ən azından bu istiqamətdə dövlət rəhbərinin göstərişinə əməl edə bilər.

Şamaxıda Qasım Qasımov adı, soyadı çox populyardır. Demək olar ki, hamı ondan danışır. Buna səbəb heç də onun rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini kimi işgüzarlığı, rayonun problemlərinin həllinə səy göstərməsi deyil.

Rayon İH-nin başçısı Asif Ağayevin qılığına girərək, onun səlahiyyətlərinə yiyələnərək demək olar ki, rayonda özünü başçı kimi aparmasıdır.

Məhz bunun nəticəsidir ki, rayonda başçının varlığı ilə yoxluğu bilinmir. Başçı demək olar ki, öz səlahiyyətlərini Qasım Qasımova həvalə edib. O da rayonu istədiyi kimi idarə edir.

Heç bir bacarığı olmayan, səriştəsiz, uzun illər ADSP-də (Azərbaycan Demokrat Sahibkarlar Partiyası) rəhbər vəzifələrdə işləyib.

Qasım Qasımov “fenomen”inin digər səbəbi isə 1995-ci ildə icra hakimiyyəti orqanlarından qovulduqdan sonra (16 illik fasilədən sonra) 2011-ci ildə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini kimi məsuliyyətli bir vəzifəyə təyin edilməsidir.

Hətta ADSP-nin sədri olmuş, ADSP-nin o vaxtkı sədri Mahmud Məmmədovun etimadından sui-istifadə edərək min cür oyundan çıxmış belə bir adamın bu vəzifəyə sahiblənməsi hamının təəccübünə səbəb oldu.

Onun sahibkarlıqla bağlı bir partiyanın sədri olması kifayət edir ki, biznes işini necə bildiyi təsəvvürü yaransın.

Qarşı tərəfi dinləməyə hazırıq.