backend

CƏBHƏ XƏTTİ: Düşmən itki verdi - SON DƏQİQƏ

CƏBHƏ XƏTTİ: Düşmən itki verdi - SON DƏQİQƏ

Təmas xəttində yeni gərginlik dalğası baş qaldırmaqdadır. Xəbər verildiyi kimi ötən bazar günü Ermənistan işğalçı qüvvələrinin təmas xəttində mövqelərimizi atəşə tutması nəticəsində bir hərbi qulluqçumuz şəhid olub. İnsidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilməyib. Bununla belə həmin insidentin ardınca təmas xəttinin bir neçə istiqamətlərində müxtəlif çaplı minomyotlardan da istifadə olunmaqla atışmalar şiddətlənib.

Qondarma “dağlıq qarabağ müdafiə nazirliyi”nin yaydığı məlumata görə bu gün təmas xəttinin cənub-şərq istiqamətində (Xocavənd) erməni ordusunun hərbçisi, müqavilə əsasında xidmət keçən və 1995-ci ildə anadan olmuş Araik Sərkisyan öldürülüb.

O, Hadrut rayonunun sakinidir. Təfərrüatlar barədə məlumat verilmir.

Qaynarxett.az