backend

3 nəfər suda boğulub

3 nəfər suda boğulub

Ötən gün ərzində Azərbaycanda 3 nəfər suda boğulub. SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 28-də Şirvan kanalının Göyçay şəhərinin ərazisindən keçən hissəsində Zərdab rayon sakini Elnar Məmmədov çimərkən suda boğulub. E. Məmmədovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Bakı şəhər sakini Ruslan Abdullayev Quba rayonu Qırız Dəhnə kəndində Qudyalçay çayında qayıqdan yıxılaraq suda boğulub.

Şəmkir rayonu Seyfəli kəndinin ərazisində kənd sakini Elvin Gözəlov Şəmkir çayında çimərkən suda boğulub.