backend

Bu gün Azərbaycanın daha bir vitse-prezidenti elan ediləcək - HAMININ TANIDIGI MƏŞHUR İSİM

Bu gün  Azərbaycanın daha bir vitse-prezidenti elan ediləcək - HAMININ TANIDIGI MƏŞHUR İSİM
Xəbər verdiyimiz kimi, sabah Naxçıvan Ali Məclisinin iclasının çağırılması haqda qurumun sədri Vasif Talıbov qərar imzalayıb

İclasda 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, NMR-in Konstitusiyasında dəyişikliklər edilməsi müzakirə olunacaq. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

Virtualaz.org isə bildirir ki, sabahkı iclas Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır.
Bu gün  Azərbaycanın daha bir vitse-prezidenti elan ediləcək - HAMININ TANIDIGI MƏŞHUR İSİM

Sayt daha sonra qeyd edir ki, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib. (virtualaz.org)