backend

Siqaret nəhənginə rekord həddə cəza verildi

Siqaret nəhənginə rekord həddə cəza verildi


ABŞ-ın ən böyük ikinci siqaret istehsalçısı “RJ Reynolds” şirkətinə “siqaretin zərərli olduğunu gizlətdiyi” səbəbilə 23 milyard dollar cərimə kəsilib.


qaynarxett.az xəbər verir ki, ABŞ-ın Florida ştatında siqaretin zərərini şüurlu şəkildə gizlədən 2006-cı “Kamel” və “Pall Mall” kimi siqaret markalarının istehsalçısı “RJ Reynolds” şirkətinə həyat yoldaşını ağciyər xərçəngi xəstəliyindən itirən mülki vətəndaş Kinsia Robinzonun şikayəti əsasında məhkəmə belə bir cəza kəsib. Məhkəmə dörd həftə davam edən mübahisə nəticəsində belə bir cəzanın verilməsi qərarına gəlib.

Xatırladaq ki, məhkəmə “RJ Reynolds” şirkətini məhz nikotinin vərdiş yaratdığı mövsusunda istehlakçıları məlumatlandırmadığına görə 23 milyard dollar cəzaya məhkum etdiyini bildirib.