backend

Təcili: 1-ci VİTSE-PREZİDENTDƏN İLGİNC MESAJ - Xaricdəki bəzi dairər VƏLVƏLƏDƏ, daxildəki məmur ordusu isə ZƏLZƏLƏDƏ...

Təcili: 1-ci VİTSE-PREZİDENTDƏN İLGİNC MESAJ - Xaricdəki bəzi dairər VƏLVƏLƏDƏ, daxildəki məmur ordusu isə ZƏLZƏLƏDƏ...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibə verib

Politika.Az-ın verdiyi xəbərə görə, birinci ledi prezidentliyi planlaşdırmadığını bildirib.

M.Əliyevanın müsahibədə bu fikri işlətməsi müxtəlif siyasi dairələrə ciddi mesajdır. Əslində, bunu bəzi Qərb dairələrinə və Azərbaycanın müstəqil siyasətini gözü götürməyən qüvvələrin ölkəmizə qarşı qarayaxma kampaniyasına verilmiş bir cavab kimi qiymətləndirmək olar.

Prezidentin vitse-prezident təyinatı günlərdir ki, müzakirə olunur. Amma müəyyən qruplar var ki, öz merkantil fəaliyyətinə görə kampaniyalar başladıb.

Onların istəkləri reallaşmayanda qara piara üstünlük verirlər. Amma müsahibədə dediyi sözlə M.Əliyeva boşboğaz siyasətçilərin tezislərinin üstündən bir xətt çəkmiş oldu.

Mehriban Əliyeva deyib: “Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub.

Əlbəttə, uzun illər ərzində təkcə Prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb. Azərbaycanın Birinci vitse-prezidenti müxbirin “Siz dərhal razılaşdınızmı?” sualına cavabında deyib:

“Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi.

Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək.

Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa, məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var. Mən Prezidentin etimadını, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğrultmalıyam”.

M.Əliyevanın təyinatı xaricdəki bəzi dairələri narahat etdiyi kimi, daxildə də məmur ordusunu təşvişə salıb.

1-ci vitse-prezident Mehriban Əliyevanın təyin olunması və şəffaf idarəçilik sistemi qurulmasında prezident İlham Əliyevə verəcəyi dəstək məmurları vəlvələyə salıb.

Bu anlamda zaman o zaman deyil və iqtidar büdcənin talan olunmasına göz yummaq fikrində deyil. M.Əliyevanın təyinatı da bu mənada çox uğurludur və yeni idarəetmə mexanizmi komandada islahatlara maneə olanları çıxdaş edəcək.

Beləliklə, 2017-ci il idarəçilik yeni dövrün başlanğıcıdır. İndi əvvəlki kimi büdcə pullarının səpələnməsi, milyonların israfçılığı mümkün olmayacaq.

Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.

1-ci vitse-prezident Mehriban Əliyevanın təyin olunması nəzarəti gücləndirəcək və məmurların istədiklərini həyata keçirməsi məhdudlaşacaq. Bundan başqa, icra hakimiyyətlərinə nəzarət artırılacaq.


Qaynarxett.az