backend

Əhali ayağa qalxdı: “Əxlaqsız direktor qovulsun” - Foto

Əhali ayağa qalxdı: “Əxlaqsız direktor qovulsun” - Foto


İsmayıllı rayon Kürtmaşı kənd sakinləri kənddə yerləşən qaçqın məktəbinin 56 yaşlı direktoru Zahid Namazovun həbsini tələb edir. Həmin məqsədlə bu gün kənd məktəbinin qarşısında toplaşan əhali aksiya keçirib.

Kənd sakinlərinin Axar.az-a verdiyi məlumata görə, əhali elə toplaşdıqları meydandan İsmayıllı Rayon İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edib.

Hadisə yerinə gələn rayon polisinin əməkdaşları əhalinin tələblərini səsləndirməsinə mane olmayıblar. Daha sonra Rayon İcra Hakimiyətindən gələn nümayəndə ilə kənd klubunda görüş keçirilib. Sakinlərə bildirilib ki, sabah rayon prokuroru və icra başçısı onlarla görüşmək üçün kəndə gələcək.

Xatırladaq ki, İsmayıllı rayonunun Kürtmaşı kəndindəki qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun 18 yaşlı A. adlı qızla bir neçə il davam edən münasibətinin üstü nəhayət qızın toyu ərəfəsində açılıb. Belə ki, qız toyundan sonra A. 4 günlük yoxa çıxıb. Əhali bildirir ki, Z.Namazov qızı Bakıya, müalicəyə aparıbmış.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə faktın təhrif olunduğunu bildirərək, Z.Namazovun ağsaqqallıq etdiyini, A.-nın istəmədiyi bir gənclə ailə həyatı qurmamasına etiraz etdiyini, Z.Namazovun da ata qayğısı göstərdiyini və İsmayıllı Rayon Polis Şöbəsində ifadələri alındıqdan sonra işin bağlandığını açıqlamışdı.

Bu və digər detallarla bağlı ətraflı məlumat veriləcək…