Azərbaycan Prezidenti İlham Əliyev YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıya vəzifə verib.
Prezidentin rəsmi saytına istinadla bildirir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq Sərəncam imzalayıb. Sərəncama əsasən, Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.