backend

ÜÇ UŞAQ ANASININ FƏRYADINA KİMLƏR CAVAB VERƏCƏK

ÜÇ UŞAQ ANASININ FƏRYADINA KİMLƏR CAVAB VERƏCƏK


Həcərova Mahirə Taqib qızının qaynarxett.az-ya ünvanladığı şikayət məktubu əsasında bu məlumatı dəyərli oxucularımıza çatırmaqı özümüzə borc bildik

ÜÇ UŞAQ ANASININ FƏRYADINA KİMLƏR CAVAB VERƏCƏK

3 uşaq anası olan Mahirə Həcərova Yevlax rayonu, Xaldan qəsəbəsində yaşayır, evdar qadındır. Təkbaşına uşaqlarını böyüdür. Həyat yoldaşını itirib. Düzdür, böyük qızını köçürdüb, iki qızı isə orta məktəbdə oxuyur. 2012-ci ilin 8 oktyabr tarixində qısa qapanma nəticəsində evi yanaraq külə dönüb. 130 kv. metr və dəyəri 35,500 manat məbləğində olan ev və əşyalar yanıb. Ancaq aidiyyatı qurumlar ona ev tikməkdə köməklik göstərmirlər. İndi o 2 uşağı ilə küçədə qalıb, gecələməyə belə yeri yoxdur.

ÜÇ UŞAQ ANASININ FƏRYADINA KİMLƏR CAVAB VERƏCƏK


ÜÇ UŞAQ ANASININ FƏRYADINA KİMLƏR CAVAB VERƏCƏK


ÜÇ UŞAQ ANASININ FƏRYADINA KİMLƏR CAVAB VERƏCƏK


Biz Mahirə xanımın şikayətinə əsasən Xaldan qəsəbəsində olduq. Gözlərimizə inana bilmədik 6 otaqlı böyük bir ev yanıb külə dönmüşdü. Kəndin bələdiyyə sədri Akif Pirməmmədov bu hadisə haqqında bizə geniş məlumat verdi. Öyrəndik ki, Mahirə Həcərovaya məxsus mülk 8 oktyabr 2012-ci il tarixdə qısaqapanma nəticəsində yanaraq külə dönmüşdür. Bələdiyyənin elə də büdcəsi olmadığından ona lazımi qədər köməklik göstərə bilməmişdir:
ÜÇ UŞAQ ANASININ FƏRYADINA KİMLƏR CAVAB VERƏCƏK

“Mən çalışıb vətəndaşa kömək məqsədi ilə 120 şifer, 500 ədəd qırmızı kərpic, 10x4 metr atmalar, 10 mişok sement, 1 maşın qum köməklik göstərdim. Düzdür bununla ev tikmək yaşayış şəraitini yaxşılaşdırmaq olmaz”.
Sözümüz Rayon İcra Hakimiyyətinə, aidiyyatı qurumlaradır. Başsız qadın olan Mahirə xanımı küçələrdə qoymayın, ona köməklik göstərin. İş adamlarına üz tuturuq əl tutmaq Əlidən qalıb. Köməklik edin ki, savab qazanasınız.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.


Mirkənan Seyidov