backend

Məlahət Abbasova Ərdoğanın sarayına dəvət olundu - FOTOLAR

Məlahət Abbasova Ərdoğanın sarayına dəvət olundu - FOTOLAR

O, birinci xanımla söhbətləşib

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın təşkil etdiyi ziyafətə dəvətlilər siyahısında olub.

İstiPress xəbər verir ki, Prezident Sarayında təşkil olunan məclisdə iş xanımları, sənətçilər, idmançılarla yanaşı əməkdar artist Məlahət Abbasova da olub.

O, birinci xanımla çəkdirdiyi fotoları "Instagram" hesabında paylaşıb və Türkiyənin birinci xanımı ilə incəsənətdən söhbət etdiyini vurğulayıb:

“Həm TRT 1-də yayımlanan “Sevda kuşun kanadında” serialından, həm də teatrdakı faəliyyətimizdən söhbət etdik. O, teatrda canlandırdığım “İblis” tamaşasına gələcəyini dedi. Gözəl dəvətə görə Əminə Ərdoğana təşəkkür edirəm”.

Məlahət Abbasova Ərdoğanın sarayına dəvət olundu - FOTOLAR


Məlahət Abbasova Ərdoğanın sarayına dəvət olundu - FOTOLAR