backend

VİLYAM HACIYEV PREZİDENTİ ALDADIR? - Şok təəssurat

VİLYAM HACIYEV PREZİDENTİ ALDADIR? - Şok təəssurat

Ən acınacaqlı mənzərə rayon mərkəzindən keçən, H.Əliyev prospekti ilə kəsişən M.Ə.Rəsulzadə küçəsinin məhz əvvəlinin zibilxanaya çevrilməsidir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, Azərbaycanda islahatlar aparılan zaman sosial məsələlər yaddan çıxmamalıdır: “Biz Azərbaycan xalqı üçün çalışırıq və iqtisadi inkişaf da bu məqsədə xidmət etməlidir. Azərbaycanda güclü sosial siyasət aparılır və aparılacaq. Regionlarda nəzərdə tutulan infrastruktur layihələr davam etdirilməlidir. Xüsusən kənd yollarının çəkilişi diqqət mərkəzində olmalıdır”. Dövlət başçısının regionlardakı hətta kənd yollarının yenidən çəkilişini əsas prioritet məsələ kimi qoyması onu göstərir ki, prezident öz vətəndaşlarının normal, sivil cəmiyyətlərə xarakerik olan formada yaşamının təmin edilməsi üçün qanunun icazə verdiyi və mümkün olan demək olar ki, hər şey edir. Təəssüflər olsun ki, hələ də bəzi rayonlarda nəinki kənd yolları, hətta rayon mərkəzlərindəki yollar belə bərbad vəziyyətdədir.

VİLYAM HACIYEV PREZİDENTİ ALDADIR? - Şok təəssurat

İmişli rayonu da bu qəbildəndir. Conflict.az-ın əməkdaşının İmişliyə bu günlərdə etdiyi səfəri zamanı rayon mərkəzində, Heydər Əliyev prospekti istisna olmaqla, şahidi olduğu mənzərə olduqca düşündürücü və çoxsaylı sualların yaranmasına səbəb olur. Rayon mərkəzindəki demək olar ki, əksər küçələrin ciddi təmirə və ya yenidən qurulmasına ehtiyac var. Nəzərə alsaq ki, İmişli rayon mərkəzində olan küçələrin tam abadlaşdırılması üçün təxminən 40 – 45 kim yolun yenidən təmiri və ya qurulması tələb olunur, belə olan təqdirdə maraqlı faktlar ortaya çıxır. 2012-ci ilin aprel ayından prezidentin müvafiq sərəncamı ilə İmişliyə icra başçısı təyin olunmuş cənab Vilyam Hacıyev ötən müddətdə, ildə cəmi 10 km-ə qədər yolun asfalt örtüyünün təzələnməsi üçün təşəbbüs göstərsə idi, o halda bu günki real mənzərə ortaya çıxmazdı. Həmin rəqəmi aylara böləndə isə İmişli sakinlərinin yol probleminin həlli üçün hər ay daha kiçik rəqəmli problem qalır. Ən acınacaqlı mənzərə isə rayon mərkəzindən keçən, Heydər Əliyev prospekti ilə kəsişən M.Ə.Rəsulzadə küçəsinin məhz əvvəlinin zibilxanaya çevrilməsidir. Eyni mənzərə Zərifə Əliyeva küçəsində də var. Bundan başqa rayonun Məhəmməd Əsədov, Koroğlu, Nəriman Nərimanov, Qara Qarayev, Pənah Həsənov adına küçələrindəki yollarda da asfalt örtüyü kiçik sahələr istisna olunmaqla demək olar ki, dağılıb. Rayon sakinləri ilə görüş zamanı qeyd etdiyimiz yollara səpilmiş çınqıl sakinlərin şəxsi vəsaiti hesabına edilib. İnsanlar minimum imkanlarından istifadə etməklə sadəcə özlərinə qismən normal şərait yaradıblar. Əslində XXI əsr İmişlisinin rayon mərkəzindəki yolları hansısa ucqar kənd yollarından müəyyən istisnalarla fərqlənir.

VİLYAM HACIYEV PREZİDENTİ ALDADIR? - Şok təəssurat


Şəhid Pövşən Bağırov adına küçə isə digər küçlərdən daha acınacaqlı durumdadır. Rayon mərkəzində ən çox diqqəti çəkən problemlərdən biri də küçələrdə zibil qutularının olmamsıdır. Yuxarıda qeyd edildiyi kimi rayo icra hakimiyyəti və müvafiq strukturlar təəssüflər olsun ki, rayon mərkəzindən keçən yalnız H.Əliyev prospektinin yenidən qurulmasına önəm veriblər. Əməkdaşımızın şahidi olduğu və ən çox diqqət çəkən məqam isə rayonun girişində, Araz çayı üzərindəki körpunün asfalt örtüyünün iki yerdən, həm də tən ortadan çatlması faktı olub. O halda sual yaranır, bəs cənab Vilyam Hacıyev ötən beş ildə Prezident Aparatına rayon yolları ilə bağlı verdiyi aylıq, rüblük, illik hesabatlarında nəyi qeyd edib? Görəsən cənab icra başçısı akademik Zərifə Əliyeva və ya M.Ə.Rəsulzadə küçələrindəki zibilin yaratdığı mənzərəni görməyibmi? Əslində görməmək mümkün deyil. Çünki Z.Əliyeva küçəsi rayonun mərkəzi kolxoz bazarı və H.Əliyev prospekti ilə kəsişir. Yəni Vilyam Hacıyevin bu mənzərəni görməməsi mümükün deyil. M.Ə.Rəsulzadə küçəsindəki zibillik isə az qala H.Əliyev prospektinə qədər uzanır. Deməli mənzərəni görməmək deyil, görməməzlikdən gəlmək olar. Bəs canını vətəni, xalqı yolunda qurban vermiş şəhid Rövşən Bağırov küçəsi. Şəhidin adını daşıyan küçənin bərbad vəziyyətdə olması şəhid adına və ruhuna hörmətsizliyin təzahürü deyilmi? Rayon büdcəsindən bu yolların təmiri, tikintisi üçün hər il ayrılan vəsait görəsən hara və ya nəyə xərclənib? Və ya o “hara” insan amilindən daha üstündürmü? Axı ölkə başçısı hər dəfə tədbirlərdə, görüşlərdə ölkədə öncə insan amili deyir.

P.S:

Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarının sayı xeylidir. Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin bir çoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına xəbərdarlıq edib. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurların övladları qanundan kənar işlərlə məşğul olurlar.
Qaynarxett.az mediyaya istinadən xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də cəmiyyətdə özünü normal apara bilmir. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir.
Məlumatlı mənbənin bildirdiyinə görə, Məhəmməd Hacıyev sırf karyera naminə prokurorluq orqanında çalışır: «Belə ki, icra başçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirir. Məmur oğlu davaya meyllidir. İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət əvvəl Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında Vilyam Hacıyevin oğlu ofsiantları döyüb. O ofsiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar».
Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen» daxildir.
Sonda icra başçısı Vilyam Hacıyevə və oğluna bir sual vermək istəyirik: görəsən, İmişli camaatının dizə qədər palçığa batdığı bir vaxtda, Teymur Əliyev küçəsindəki 25 milyonluq villada yaşamaq çətin deyilmi?


Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az