Bu gün dünən ilə müqayisədə bəzi banklar dolların alış və satış qiymətini ucuzlaşdırdığı müşahidə olunur.
Hazırda ABŞ valyutasının ən sərfəli alış qiyməti 1,6800 manata, satışı isə 1,6850 manata bərabərdir.
Belə ki, dünən axşam saatları ilə müqayisədə dolları ucuzlaşdıran banklar arasında "Amrahbank”, "Bank Respublika”, "Yapı Kredi Bank Azərbaycan”, "AGBank” və s. var.
"AGBank” dolların satış qiymətini 1,7200 manatdan 1,7150 manatadək ucuzlaşdırıb.
Buna baxmayaraq, məzənnəni bahalaşdıran banklara da rast gəldik: "Bank Avrasiya” dünən axşam dolları 1,7000 manata satırdısa, bu səhər artıq 1,7100 manata satır.