backend

“Azəriqaz”da yoxlama aparıldı: Sayğaclar ucuzlaşdı, tənzimləyicilər isə pulsuz oldu

“Azəriqaz”da yoxlama aparıldı: Sayğaclar ucuzlaşdı, tənzimləyicilər isə pulsuz oldu















Bir müddət öncə qaz sayğaclarının həddindən artıq baha satılması məsələsi gündəmə gəlmişdi. O zaman rəsmilər qiymətlərin bazara uyğun tənzimləndiyini iddia etdilər

İndi isə əslində reallığın tamamilə fərqli olduğu məlum olub.

Qaynarxett.az cebhe.info-ya istinadən xəbər verir ki, bununla bağlı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
“Azəriqaz”da yoxlama aparıldı: Sayğaclar ucuzlaşdı, tənzimləyicilər isə pulsuz oldu




M.Qəhrəmanlı qeyd edib ki, sayğaclar əhaliyə 30 faiz baha satılırdı: “Audit şirkət sayğaclarla əlaqədar “Azəriqaz”a ciddi iradlar bildirmişdi. Daxil olan məlumata görə, hazırda sayğacın qiyməti 135.00 AZN- dən 92 manata salınıb. Demək olar ki,30 faiz ucuzlaşıb. Əvvəllər qaz xətləri üzərində qurulan və əhaliyə məcburi 35-45 manata satılan fərdi tənzimləyicilər (real qiyməti 7-9 manat idi) indi pulsuzdur. Belə bir sual ortaya çıxır. Deməli, sayğacın da real qiyməti 92 manata olduğu halda əhaliyə 135 manata satırdılar?”