backend

Evlilik verilişindən məşhurlaşan Naz Azərbaycan kişilərini ələ saldı - Foto (Video)

Evlilik verilişindən məşhurlaşan Naz Azərbaycan kişilərini ələ saldı - Foto (Video)

"Məni asıb-kəsənlər, hardasız?"

"Zühal Topalla izdivac" verilişindən sonra məşhurlaşan azərbaycanlı gəlin namizəd Naz Bakıdadır.

Azərbaycandan qovulduğu və deportasiya edildiyi deyilən Naz bu haqda açıqlama verib. O, həmçinin Azərbaycana gələcəyi təqdirdə, onu "öldürəcəyəm" deyənlərə ismarış göndərib:

"Bəs deyirdiniz ki, Azərbaycandan qovulmuşam. Bir həftədir ki, Bakıdayam. Şəkillərimin altında qoçuluq edirdiniz. Hardasız? Sizdən xəbər yoxdur. Bakıda olduğum hər yerdən şəkil paylaşıram. Olduğum yerləri də qeyd edirəm. Hardasız? Niyə məni hələ asıb-kəsən yoxdur? Agzınızın "zamok"unu mən bağlayım, yoxsa özünüz bağlayırsız?"

Qeyd edək ki, Naz adlı azərbaycanlı gəlin namizəd uzun müddətdir ki, Türkiyədə efirə gedən evlilik verilişlərində iştirak edir. Bundan başqa, Naz həmçinin qalmaqalları ilə də mütəmadi olaraq gündəmə gəlib. Onun bu cür davranışları Azərbaycanda birmənalı qəbul olunmayıb. Əksəriyyət onun bu hərəkətlərini qınayıb.