backend

Hərbi ekspert Ramiz Mehdiyevə təşəkkür etdi

Hərbi ekspert Ramiz Mehdiyevə təşəkkür etdi

Kimin kim olduğunu ona tanıtdığına görə...

"Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri, polkovnik-leytenant Üzeyir Cəfərovun bu dəfəki ritorikası fərqli olmasa da paylaşdığı status əvvəlkilərdən fərqlənir. Yəni burada saxta qardaşlar, yaramaz media kapitanları və uşaq-muşaqlar üsuslluca tənbeh edilir...

"Dəyərli dostlar, hörmətli həmkarlarınm!
Artıq mən qərarımı verdim. Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) gördüyüm acınacaqlı mənzərədən sonra başa düşdüm ki, Azərbaycanda mətbuat adına çox böyük rəzalət yaşanır. Mətbuat Şurasının təşkil etdiyi tədbirdə mən bir daha başa düşdüm ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bir yaxşıca fatihə verilsə, hər şey yoluna düşəcək. Prezident Adminstrasiyasının rəhbərinin iştrakı ilə avqustun 29-da keçirilmiş müşavirənin bir növ davamı kimi nəzərdə tutulan bu tədbir bir daha sübut etdi ki, jurnalistikamız, onun "aparıcı media qurumları" sayılan qurumları və onların bir çox rəhbərləri necə "nokdauna" düşüblərsə, hələ də özlərinə gələ bilmirlər. Bir neçə il bundan əvvəl az qala məhkəmə qərarından da güclü təsirə malik olan qəzet və saytlar, onların "media kapitanları" indi çaşqın və qorxu hissi keçirən durumdadırlar. Demək olar ki, bir neçə sayt və çap mediası qalır ki, onlar da olmayandan sonra vay bizim demokratiya, söz azadlığı, insan hüquq və azadlıqları kimi dünyada tanınan təməl prinsiplərin halına...
Qısa olaraq, sizləri yormamaq üçün bu gündən bəyan edirəm ki, mən yalnız FB səhifəmdə mənimlə əməkdaşlıq edən sayt və qəzetlərin, TV və radioların maraqlı məlumatlarını paylaşacaq və onlara fikirlərimi bölüşəcəyəm. Çox xahiş edirəm ki, mənim jurnalist dostlarım və həmkarlarım qərarıma hörmətlə yanaşsınlar və heç bir inciklik hissləri keçirməsinlər. Bu günə kimi çoxsaylı sayt və ya qəzetlərə, hansılar ki indi PA-nın rəhbərinin qorxusundan mənim adım gələndə mandraja, təşvişə düşürlər, təmənnasız olaraq verdiyim müsahibələri, fikirləri halal edirəm. Buradan PA-nın rəhbəri Ramiz Mehdiyevə də dərin təşəkkürümü bildirirəm ki, o mənə çox böyük köməklik göstərdi. Kimin kim olduğunu daha da aydın sürətdə gördüm.
Bu o demək deyil ki, mən fəaliyyətimdən geri çəkiləcəyəm. Əsla yox. Öz FB səhifəm vasitəsiylə istənilən ictimai, hərbi-siyasi, bir sözlə həyatımızın vacib aspektləri ilə bağlı qeydlərimi sizlərlə bölüşəcəyəm. 1979-cu ildən adım mətbuatdadır. Sayı-hesabı bilinməyən məqalə, reportaj, televizya və radio verlişlərinin müəllifi və aparıcısı olmuşam. Azərbaycanın ilk diplomlu hərbi jurnalisti kimi keçmiş SSRİ məkanında Lvov, Kiyev, Minsk, Tiraspol, Adler, Moskva, Tbilisi, Bakı,Yerevan, həmçinin Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərində NATO kurslarında təhsil almışam. 2001-ci ildə NATO-nun Bakıda keçirdiyi "Kooperativ Determineyşn-2001" təlimlərində Azərbaycan MN tərəfidən Mətbuat Xidmətinin rəhbəri kimi mühüm vəzifəni yerinə yetirmişəm. Müstəqil Azərbaycanın ilk mətbu orqanı olan "Xalq Ordusu" (indiki "Azərbaycan Ordusu") qəzetinin yaradıcılarından biri və ilk baş redaktoru olmuşam. MN-nin Mətbuat Xidmətinin İctimaiyyətlə Əlaqə və Məlumatların Yayılması şöbəsinin rəisi vəzifələrində xidmət keçmişəm. Bütün bunları ona görə ətraflı yazdım ki, bəzu yaltaq, məddah, iradəsiz, qorxaq və zəmanə uşaq-muşaqlar ki, hansılar özlərini "hərbi jurnalist" sayırlar, bir qədər diqqətli olsunlar. Çünki Azərbaycan balaca bir ölkədir, burda hamı bir-birini yaxından tanıyır və kimin nəyə qadir olmasını əsla sübut etməyə ehtiyac yoxdur. Kəsəsi, sürətlə ölməkdə, sıradan çıxarılmaqda olan Azərbaycan mətbuatına Tanrı özü kömək olsun. Ancaq inanıram ki, tezliklə hər şey yoluna düşəndə, biz hər kəsi, bu gün "at oynadan", quzu balası kimi idarə olunan xeyli sayda media yaramazlarını, onların əlaltılarını adıyla, əməlləri ilə çağıracağıq.
Bir daha hər kəsə uğurlar arzulayıram.
Yeni-yeni eksklüziv hərbi-siyası xəbərlər vasitəsiylə görüşmək ümidi ilə."