Bu gündən etibarən “Qarabağ”-“Kopenhagen” (Danimarka) matçının biletləri satışa çıxarılıb
Tarixi oyunun bilətləri saat 10:00-dan satışa çixarılıb. Tofiq Bəhrəmov adına stadionda hazırda böyük izdiham yaşanır.
Bilet kassaların qarşısında yüzlərlə azarkeş növbə yaradıb.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” arasında UEFA Çempionlar Liqasının ilk pley-off matçı avqustun 15-də Bakıda keçiriləcək. (baku.ws)