backend

Biz kimik? Hara gedirik? - ŞOK YAZI

Biz kimik?  Hara gedirik?  - ŞOK YAZI

Mərdliyin əzildiyi bu ölkədə qorxaq və saxtakarlar meydan sulayır.
Cin, şeytan görürüəm qorxmuram, harda musəlman görürəm qorxuram.


Allah sizlərə rəhmət eləsin Mirzə Ələkbər. İctimai şuurun sağlam formalaşmasından ötrü nələrə qatlaşmadınız. Ömrünüzü zəlil, əlil, kar və kor kimi insanların yolunda fəda etdiniz. Gəl ki, nə fayda. Fəzlullah Nəimini, Nəsimini dünya malına satan kəslər bu gün də müydan sulayır. Hərçəndki, at oynada bilməslər də, ortada yeyib, tində-bucaqda gəzirlər. Təhsil vay, ay Mirzə müəllim. Savadsızlıq baş alıb gedir. Baxmayaraq ki, əli diplomluların sayı artır. Hələ də qəflət yuxusundan ayıla bilməyən cəmiyyəti cəhalət əməlli-başlıca bürüyüb. Əhəd adlı müəllimin təbirincə desək bizlərə təhsili yox, pul lazımdı. Orta-ixtisas və ali məktəblərin qəbul imtahanlarında iştirak etmək üçün gərək 20-40 manatından keçib qeydiyyata düşməlisən. Təhsilin başında duran kəslər “kişinin sözü bir olar deyib” tərsliklərindən əl çəkmirlər. Pulunuzun var girişin, yoxdusa sürüşün deyirlər. Əhəd müəllimdə ki, nə karadır, Məleykə xanımın qoyduğu qaydalara qarşı çıxsın. Nisyə ilə kisə dolmaz axı. Biz qarını qardaşdan irəli tutulduğu bir cəmiyyətdə yaşayırıq ay Mirzə müəllim. Ali məktəblər xarab dəzgah kimi ancaq xarab məhsullar istehsal edir. Belə təhsili olan cəmiyyətin gözləri vallah-billah heç vaxt açılmayacaq. Bu məmləkətdə ay Mirzə müəllim, “toxun acdan” demək olarki qətiyyən xəbəri yoxdur. Şərəf və ləyaqət itir, mənəviyyat korlanır. Mədəniyyətimizdəki, səhərdən axşamadək çılpaq bədənlərini efirlərdən nümayiş etdirən şou-biznes əhlindən və bir də arenalardan ibarətdir. Bir vaxtlar Yuli Sezar da “talpa” dediyi insanların diqqətini özündən yayındırması üçün arenalar tikdirmişdi ki, başları ancaq əyləncəyə qarışsın. O, vaxtlar da elə idi, indidə heçnə dəyişməyib ay Mirzə müəllim. Məmurlar yeyib-içir, kef çəkir. Qara camaatda ki, bir qarın çörəkdən ötrü bir-birilərinə qarşı hər nəyə desən əl atır. Yalan ayaq açıb yeriyir. Haqq-ədalət deyilən nəsnədən əsər-əlamət qalamyıb. Bircə dəyər prinsipi var ay Mirzə müəllim, yalnız o da puldur. Sovet dövrünü stroitipləri hələ də yaşadılmaqdadı. Kompaniyalar, şuarçılıq və şəxsiyyətə pərəstiş kimi insanların düşünən beynini qapadan dentesiyalar, adlar və təltiflərdə ki, ay Mirzə müəllim kiçik zümrənin tərənnüm etməsi üçündür. Özü də çox eybəcər şəkildə. Beləcə zurna çalanlar ordusu yaratmaqla ölkəni qaranlığa sürükləyirlər. Birdə görürsən ki, həmin nu yaltaq və məttahlar vicdan hissi keçirmədən, hüquq və demokratiyadan ağız dolusu danışır. Nəbilim, cəmiyyətin yazılmış və yazılmamış qanunlarından dəm vururlar. Belələrini gördükcə içim özümü yandırır, elə ki, yazıram ay Mirzə müəllim, çölüm də özgəni. Belələrinə axı nə deyəsən. Gəlin görək, Azərbaycan reallığında hansısa bir məmur, yaxudda ki, bank müdiri sadə bir vətəndaşın etdiyi şikayətə görə məhkəməyə cəlb edilib. Heç vaxt. Söyülsə də, döyülsə də həmişə olduğu kimi günahkar yenə də ac camaat çıxarılıb. İndi deyin görüm 200-300 manat məvaciblə 50-60 min manatlıq avtomobil almaq olar? Ya da ki, çox saylı obyektlərə torpaq sahələrinə sahiblənmək necə? Özlərini qara günə salan bu camaat ay Mirzə müəllim imkansızlıq ucbatından yerli xəstəxanalara gedə bilmədiyi halda, gəlki həmin bu varlı-hallı məmurlar gəzməli-görməli olan ölkələrin səhiyyə ocaqlarında müayinə və müalicə olunurlar. Sual yaranır, hansı pullarla? Bunun bir hesabını soran varmı? Vallah-billah yox. Kasıbın heç harda yeri yoxdur, nə toyda, nə də ki, yasda. Ay Mirzə müəllim əvəllər bütə sitayiş olunurdusa, indi ancaq pula. Pulun varsa yuxarı başda yerin var, başın boş olsa da belə. Yaşadığımız bu cəmiyyətdə pul hər şeyin üstünü örtür. Varlı kəslərin yas məclislərində adam əlindən tərpənmək olmur. Özlərini dindar adlandırılan bu molla fasonlarda ki, cərgə ilə düzlürlər, milçək şirəyə yığışan kimi. Din indi ən yaxşı gəlir mənbəyidir. Hələ mən bir dəfədə şahidi olmamışam ki, əli təsbehli, başı əmamalı hansısa bir dindar arxasıza arxa durub, yıxılanı qolundan tutub qaldırsın. Günləri qara olan bu camaatın dini dəyərlərə olan baxışlarını da qara ediblər. Təmiz, vicdanlı vətən sevər insanlar əzilir və hər cür məşəqətlərə məruz qalır. İrəli kimlər çəkilir, başda kimlər otuzdurulur? Ay Mirzə müəllim. Qorxaq rəzil olan, torpaq dövlət təşəbbüsü çəkməyən, saxtakarlıq camaatı aldadıb badalaq gəlmək kimi kriteriyaları özündə əks etdirən kəslər. Belələri üçün ay Mirzə müəllim nə vətən var, nə də ki, xalq. Bu banklardaki ay Mirzə müəllim, taun xəstəliyindən betər olub. Saxtakarlıq deyirsən orda, fırıldaqçılıq deyirsən yenə də orda. Kredit götürmüş vətəndaşlar soyulur, pensiya və maaş kartları əllərindən alınır. Bir ay gecikməyə görə düz bir il çörək pulundan da mərhum olursan. Beləcə ay Mirzə müəllim insanları vicdan hissi keçirmədən küçələrə salıb əl açıb dilənməyə məcbur edirlər. Ələlxüsusdakı “Kapital bank. Bank müdiri var ki, rayonun yarsını özəlləşdirib. Cibləri dolu, qarınların tox bu işbazların heç bir əndizayə sığmayan özbaşınalığını Allah götürməz. Ay Mirzə müəllim bilirəm ki, soruşacaqsan, hüquq-mühafizə orqanları olan polisi, prokurorluğu və məhkəməsi hara baxır? Bu yerdə yadıma bir şey düşdü. Bir gün kəndə xəbər yayılır ki, Əzrayıl bala paylayır. Camaatdakı öz növbəsində bilirsən nə deyir? Balamıza dəyməsin, balası bizə lazım deyil. İndi bax, ay Mirzə müəllim vəziyyət belədir. Camaata qənim kəsilən polisi də, prokuroru da, eləcə də məhkəməsi də ancaq məmur işbazların maraqlarını müdafiə edir. Camaatla əsl reket kimi davranırlar. İrili-xırdalı iaşə və ticarət obyektlərini, balıqçı, şorçu, yağçı, bir sözlə alış-verişlə məşğul olan kim varsa hamısını hesaba otuzdurublar. Saxlanılanları hələ demirəm. İdarə və təşkilatlar da öz yerində. İndi gəl bu prokurorla, polis rəisi ilə hünətin var hesablaşma. Belə olan halda ay Mirzə müəllim şərlənib girov kimi götürülərək təcridxanalara atılacaqsan. Üzə duranlar, işverənlərdə ki, nə qədər istəyirsən. Ya pulunu verib canını qutarmalısan, ya da ki sonrasını özün bilirsən. Bankların vəkili qismində çıxış edən məhkəmələrin çıxardıqları hökm və qərarlar nə Allahla, nə dəki qanunlarla deyil, ancaq pulladır. Ədalət prinsiplərindən uzaq, müstəqil olmayan məhkəmələrdən yaxşı nə isə gözləmək olmaz. Hər gün vətəndaşlara qara məzmunlu, qara məktublar göndərməkdədir, necəki 41-45-ci illərdə olduğu kimi. Əgər 10 gün müddətinə filan məbləğdə borcunuz ödənməzsə, filan maddənin, nə bilim filan bəndinə əsasən ilaxır və sair. Maddələridə ki, ay Mirzə müəllim elə düzüb qoşublar ki, bəs onda görəsən niyə o bərli-bəzəkli maddələr məmur işbazlara şamil olunmur. Bu qara camaatı adam yerinə qoyan yoxdu. Dərd bir deyil, iki deyil. Nə yazmaqla, nə dəki danışmaqla qutarası deyil. Pulun varsa toxunulmazlıq kimi status alacaqsan. Amma, bir şərtlə gərək səlahiyyət sahibləri ilə hesablaşasan. Əks halda yaşamaq hüququn əlindən alınıb, qul kimi əziləcəksən.
Sizə kimdən deyim ay Mirzə müəllim, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovdan və onun ünvanlı yardım pensiya və Saatlıda apardığı kadr məsələləri ilə bağlı əndərəbadi işlərindən. Bu barədə növbəti saylarımızda ətraflı məlumat verəcəyik.
İLHAM SULEYMANOV.

Qaynarxett.az