backend

Ağac kəsənlərə ağılagəlməz cəza vermək istəyən paytaxt sakinləri [SORĞU]

Ağac kəsənlərə ağılagəlməz cəza vermək istəyən paytaxt sakinləri [SORĞU]


Həyatımızın, yaşamımızın əsas qaynaqlarından olan yaşıllıqlar və ağacların bizə bəxş etdiyi oksigendir.
Onlar bizdən gördükləri kiçik qayğının qarşılığında bizlərə həyat bəxş edir. Buna baxmayaraq insan oğlu yaşıllıqlara qarşı bəzən laqeid olur və bəzən hətta qəddar münasibət də bəsləyir.
Bunları müxtəlif səbəblərlə izzah edirik. Bilməyərəkdən və yaxud bilərəkdən, fərqi yoxdur. Hər iki halda bir ağac və yüzlərlə insanın oksigen mənbəyini məhv edirik. Bəzən ağac kəsənlərə, yaşıllığı qıranlara pul cəzası və ya həbs cəzası kimi cəzalar verilir. Ancaq bunun təbiətə bir faydası varmı? Elə ən gözəl cəza üsulu paytaxt sakinlərindən gəldi. //Gundem.ws
Videoreportajımızı izləyək: