backend

7-ci mikrorayonda ağac qətliamı- FOTOLAR

7-ci mikrorayonda ağac qətliamı- FOTOLAR































Günahkar Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyidirmi?

Ölkədə dövlətin balansında külli miqdarda sahibsiz binalar olduğu halda dövlət büdcəsindən hər il 100 milyonlarla vəsait ayrılaraq yeni inzibati binaların tikintisi aparılır, bu zaman onsuz da acınacaqlı ekoloji durumda olan şəhərdə olan-qalan yaşıllıqlar da məhv edilir. Halbuki Əmlak Məsələləri Dövlət Komitəsinin ixtiyarında olan həm ayrıca binalar, həm də icarəyə verilmiş on minlərlə kvadrat metr kommersiya təyinatlı obyektlər var.

qaynarxett.az xəbər verir ki, Moderator.az paytaxtın 7-ci mikrorayon ərazisində, Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində tikintisi aparılan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binası barədə də bir müddət əvvəl material vermişdi, tikinti zamanı yüzlərlə ağacın kəsildiyini, xeyli yaşıllıq ərazinin məhv edildiyini qabartmışdı.
İndi də hələ ötən ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulsa da son tamamlama işləri aparılan həmin tikintinin yanında daha bir obyektin, daha doğrusu, Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyinin inzibati binasının tikintisinə başlanılır. Bu zaman ərazidəki yüzlərlə ağacın kəsilməsi nəzərdə tutulur. Beləcə 7-ci mikrorayonda ağac qətliamının növbəti mərhələsinə start verilir. Buna doğrudanmı ehtiyac var? Olmazmı ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansında mürgü vuran minlərlə mənzil və kommersiya təyinatlı tikililərdən istifadə olunsun, paytaxtın yaşıllığına qənim kəsilməsin? Görünən odur ki, olmaz, çünki yeni tikili yeni milyonların həzm rabedən keçirilməsidir. Nəfs də Həzrət Əlinin qılıncından iti olanda vay ağacların halına...

7-ci mikrorayonda ağac qətliamı- FOTOLAR

7-ci mikrorayonda ağac qətliamı- FOTOLAR

7-ci mikrorayonda ağac qətliamı- FOTOLAR