backend

TƏCİLİ!!! Ermənistan Qarabağı qaytarır - RƏSMİ

TƏCİLİ!!! Ermənistan Qarabağı qaytarır - RƏSMİ

İşğalçı ölkənin xarici işlər naziri danışdı

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, "Ermənistan Diasporu" forumunda iştirakçılara sensasiyon bəyanat verib. İstiPress Ermənistan mətbuatına istinadən xəbər verir ki, E.Nalbandyan Dağlıq Qarabağ probleminin həllindən danışıb. O, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasından danışıb.

"Söhbət o ərazilərdən gedir ki, torpaqlar qaytarılandan sonra bu ərazidə yaşayan insanların təhlükəsizliyi tam təmin olunsun. Başqa detalları isə açıqlamaq istəmirəm" deyə E.Nalbadyan deyib.

O, vurğulayıb ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu beynəlxalq səviyyədə almalıdır, bundan başqa, münaqişənin həlli Dağlıq Qarabağ xalqının dəqiq təhlükəsizlik zəmanəti təmin etməlidir.

"Ermənistan probelmin sülh yolu ilə həllinə sadiqdir. Bu problemin həllinə yalnız danışıqlar yolu ilə nail olmaq olar, alternativi yoxdur " deyə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.