backend

İlham Əliyev Ziya Məmmədovun adını siyahıdan çıxartdı

İlham Əliyev Ziya Məmmədovun adını siyahıdan çıxartdı












Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

2008-ci ildə imzalanmış sərəncamın 1-ci hissəsində "Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri “Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşəndən sonra Ziya Məmmədov işsiz qalıb. İki nazirliyin birləşməsindən yaranan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Ramin Quluzadə başçılıq edir.