backend

Misir Mərdanov: “Müəllimə əxlaqsız təklif etmək yolverilməzdir”

Misir Mərdanov: “Müəllimə əxlaqsız təklif etmək yolverilməzdir”













AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin direktoru Allahverdi Vəliyevin həmin məktəbin müəllimi Gülnar Ələsgərova əxlaqsız təklif etməsi və bu təklifə "yox” cavabı verdiyi üçün işdən çıxarılması məsələsinə münasibət bildirib.

AZTB.info xəbər verir ki, M.Mərdanov "Ölkə.Az”-a açıqlamasında bu cür məsələlərin xoşagəlməz hal olduğunu söyləyib.

M.Mərdanov deyib ki, bu, pedoqoji fəaliyyətə yaraşan hərəkət deyil:

"Mən istəmirəm ki, bu barədə danışım. Çünki bu cür hərəkətlər pedeqoji işə yaraşmır. Ümumiyyətlə, müəllim haqqında belə sözlər demək və ya müəllimə hər hansı əxlaqsız təklif etmək yolverilməzdir. Bu barədə danışmağı belə özümə yaraşdırmıram”.

Xatırladaq ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə "yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia edib.

G.Əliyeva işə bərpa və buraxılmış iş günlərinin əməkhaqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.