backend

Bayram Səfərov: İstərdim ki, ermənilər Bakıya gəlsinlər

Bayram Səfərov: İstərdim ki, ermənilər Bakıya gəlsinlər






















“Ermənistan rəhbərliyi imkan vermir”.

Ermənistan rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsinə imkan vermir.

qaynarxett.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

İcma sədri bildirib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması belə bir görüşün keçirilməsini çoxdan arzulayır: “Biz çoxdan istəyirik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşü keçirilsin. Mən istərdim ki, ermənilər Bakıya gəlsinlər. Onlar bizim gözəl Bakı şəhərini, ölkəmizin inkişafını, Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işləri, xalqın rifah halının yüksəldilməsi istiqamətində görülən işləri öz gözləri ilə görsünlər. Bu şəraiti görsünlər və sonra gedib başlarına daş töksünlər ki, bu imkanlardan istifadə edə bilmirlər”.

B.Səfərov deyib ki, ermənilərin də içində ağlı başında olanlar var: “Ermənilərin də yaxşı yaşamaq istəyəni, Azərbaycanda yaradılan firavan həyatdan yararlanmaq istəyənləri var. Ancaq hazırkı Ermənistan rəhbərliyi icmaların görüşünün keçirilməsinə imkan vermir”.