backend

HABİL QURBANOV ZAQATALA TƏHSİLİNİ YERLİ-DİBLİ MƏHV EDİB….

HABİL QURBANOV  ZAQATALA TƏHSİLİNİ  YERLİ-DİBLİ MƏHV EDİB….





















Şöbə müdürü həftənin çox günlərini Bakıda keçirir, burada dostları ilə kef məclisləri qurub,eyş-işrətlə məşğul olur.

Zaqatalada təhsil sistemi çöküb.Rayonunun icra başçısı Mübariz Əhmədzadənin yaratdığı rüşvət və korrupsiya sistemi Zaqatalada təhsil sistemini də məhv edib.Zaqataladan daxil olan məlumata əsasən sosial sıxıntılardan əziyyət çəkən rayon sakinlərinin nə halına yanan var, nə də səsini eşidən. Dərdi olan rayon sakinləri aylarla icra başçısının qəbulunda ömürlərini itirirlər. İcra başçısı isə rayonda heç bir problemin olmadığını car çəkərək, rayona ayrılan vəsaitləri mənimsəməklə məşğuldur.
Daxil olan şikayət məktubunda təhsillə bağlı problemlər daha çox qabardılır. Belə ki, məlumata əsasən Zaqatala Təhsil Sobəsinin müdiri Habil Qurbanov tabeçiliyində olan orta məktəblərə öz qohumlarını və yaxınlarını direktor təyin edərək dövlət tərəfindən ayrılan vəsaiti çalıb-talamaqla məşğuldur.
Qeyd edək ki, Zaqatalada qohumbazlıq rayonun ən böyük probleminə çerilib. Belə ki, mətbuatın da dəfələrlə yazdığı kimi Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayondakı əsas vəzifələrə ancaq öz yaxın adamlarını təyin edir. Habil Qurbanov da Mübariz Əhmədzadənin yolunu gedir.
Şikayətdə bildirilir ki, rayon məktəblərində muəllimlər dərs keçmək əvəzinə, uşaqlarla dağdan dərədən danışırlar. Həmin müəllimlərə artırılan dərs saatlarına görə pulu isə direktorlar alir və Habil Qurbanovla bölüşdürülür.
Məlumatlarda o da deyilir ki, elə məktəblər var ki, idman, hərbi hazırlıq, coğrafiyadan, riyaziyyat, tarix fənnlərini bu sahələrdən tamamilə xəbərsiz adamlar tədris edirlər. Habil Qurbanov Təhsil Nazirliyinə vakant yerlər barədə sorgu gondərmir ki, ixtisasli müəllimlər göndərilsin.
İddiaya əsasən xadimələr isə direktorların tovlələrini təmizləyir.
Direktorlar təhsil müdirinə arxalanib, rayon təhsilində bərbad vəziyyətin yaranmasına görə valideynlərin şikayətlərinə qarşı “yaxsi eləyirik” deyirlər. Şikayətdə o da qeyd olunur ki, bütün bunlardan başçı Mübariz Əhmədzadənin xəbəri var. Çünki valideynlər dəfələrlə vəziyyətlə bağlı icra başçısına şəxsən şikayət ediblər. Amma Mübariz Əhmədzadə çox saylı şikayətləri qulaqardına vuraraq vəziyyətə müdaxilə etmir. Çünki Habil Qurbanovdan hər ay «haqqını» artıqlaması ilə alır.

Zaqatala rayon Təhsil Şöbəsinə bu ilin 8 ayı ərzində üst-üstə 700 min manata yaxın pul ayrılıb. Həmin pulun maddələr üzrə hansı məqsədlər üçün sərf olunduğu sənəddə göstərilsə də, reallıqda bunların heç biri ilə bağlı dəqiq məlumat yoxdur.
Məlumatlarda deyilir ki, Habil Qurbanovun rəhbərlik etdiyi qurum bu qədər vəsaiti xərcləməsinin səbəbi kimi Zaqatalada baş vermiş zəlzələni göstərib. Daha doğrusu, bir çox kəndlərdə orta məktəblərin dağıldığını və yenidən qurulduğunu bildirən Təhsil Şöbəsi ayrılmış pulları da həmin məqsədlərə sərf etdiyini iddia edir.

Verilən məlumatda iddia olunur ki, Habil Qurbanov ayrılmış pulun 20 faizini özünə götürüb. Hətta bu işlərin ardından onun Bakıda özünə ev aldığına dair iddialar da var. Qeyd olunur ki, qalan pulun böyük bir qismi isə Zaqatalanın icra başçısının yaxınlarına məxsus olan «Biq Tkxnik» MMC-nin əliylə «həzmi rabedən» keçirilib. Düzdür, bu zaman şöbə müdirinə elə də qazanc qalmayıb.

Məktəblərə alınmış bərk inventarlara gəldikdə isə onların alındığı MMC-nin isə məhz Habil Qurbanovun qohumlarına məxsus olduğu vurğulanır.

P.S:
İş o yerə çatıb ki, Habil Qurbanovu Zaqatalada tapmaq müşkül məsələyə çevrilib. Həftənin çox günlərini Bakıda keçirən şöbə müdürü burada dostları ilə kef məclisləri qurur,eyş-işrətlə məşğul olur.Bu barədə geniş məlumatları yaxın saatlarda oxuya bilərsiniz.
Bizi izləyin