backend

Təcili!!! ŞƏKİDƏ ƏHALİ ETİRAZ EDİR: İcra hakimiyyəti “Quru çay” deyilən ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək istəyir

Təcili!!! ŞƏKİDƏ ƏHALİ ETİRAZ EDİR:  İcra hakimiyyəti “Quru çay” deyilən ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək istəyir
Şəkidə əhali ayağa qalxıb.
Şəki şəhərində “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb. Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir.
Günün sonunda 2 nəfər etirazçı 600 manat, bir nəfər 500 manat inzibati qaydada cərimələnib, bir nəfərə isə 20 sutka müddətinə həbs cəzası verilib.
Yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək niyətindədir. Sakinlər isə həmin ərazinin hansısa bir oliqarxa satıldığını iddia edir. “Quru çay” deyilən həmin yer mənzərəli və səfalı məkan kimi tanınır. Əraziyə Şəki rayon İcra Hakimiyyəti başçısının gəlməsi tələb edilir.
Polis sakinləri ərazidən uzaqlaşdırmağa nail ola bilib.

Şəkidəki mənbədən aldıgımız yeni məlumata görə rayonda vəziyyət gərgin olaraq qalır.

Qaynarxett.az