backend

Moskva müsəlmanlarının polislərlə qarşıdurması – VİDEO

Moskva müsəlmanlarının polislərlə qarşıdurması – VİDEO






















Qəzəblənmiş iman əhli avtobusa hücum edib.

Moskvada Tatar küçəsində yerləşən Tarixi məsciddə adi camaat namazı yerli OMON üçün az qala faciə ilə sonlanacaqdı. İman əhlindən olan birinin saxlanılması yüzlərlə müsəlmanın qəzəbinə səbəb olub, onlar din qardaşını panikaya düşmüş polisin əlindən sözün əsl mənasında alıblar.

qaynarxett.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bir neçə videoya əsasən o, piyadaya davranışına görə saxlanılıb. Gəncin əllərini qandallayaraq OMON avtobusuna tərəf sürüyüblər, onun döyülməsi də ehtimal edilir.

“Bu zaman biz camaat namazını bitirirdik, - şahidlərdən biri danışır, - Mən namaz qılanlar arasından birinin sürünərək avtobusa tərəf aparıldığını gördüm. Biz namazın qaydalarına ciddi riayət etdiyimizə görə imam duanı bitirməmiş tərpənə bilməzdik, ona görə də din qardaşımıza göstərilən bu davranışa mane ol bilmədik. OMON onu avtobusa saldıqdan sonra elə zərbə eşitdim ki, hətta avtobus silkələndi”.

Sonra isə namazı bitirən müsəlmanlar polis avtomobilini əhatəyə alaraq şəxsin saxlanma səbəbini və onun döyülüb-döyülmədiyini öyrənmək istəyiblər. Aydın idi ki, müsəlmanlar avtobusun hərəkətinə imkan verməyəcəklər, OMON və müsəlmanların danışığının tonu getdikcə yüksəlirdi. Qəzəblənmiş müsəlmanlar avtobusa hücum etdikdə isə polislər saxlanılan şəxsi qaytarmaq qərarına gəliblər.

OMON işçilərinin panikası o qədər güclü idi ki, onlar saxlanılan şəxsin əllərindən qandalları açmağı belə unudublar. Və gənc əlləri bağlı şəkildə hadisə yerini tərk edib. Tələbləri yerinə yetirildikdən bir neçə dəqiqə sonra müsəlmanlar dağılışıblar.