backend

Davudoğlu: Azərbaycan və Türkiyə enerji dəhlizi yaradırlar

Davudoğlu: Azərbaycan və Türkiyə enerji dəhlizi yaradırlar






















“Bu böyük əhəmiyyət kəsb edən birgə layihələrindən biridir”.

Regionda ən mühüm enerji layihələrindən biri olan Trans-Anadolu qaz boru kəməri (TANAP) Cənubi Qafqazı Balkan yarımadasının ölkələri ilə birləşdirəcək.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin baş naziri Əhməd Davudoğlu bildirib, Türkiyənin TRT telekanalı xəbər verib.

Baş nazir deyib ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdirəcək enerji dəhlizi yaradır.

Ə.Davudoğlunun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri, Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu magistralı da Azərbaycan və Türkiyənin birgə böyük əhəmiyyət kəsb edən layihələrindən biridir.