backend

Sosial şəbəkədə Azərbaycansayağı təbrik

Sosial şəbəkədə Azərbaycansayağı təbrik











“Qurban Bayramınız Mübarək!”

Ötən axşam sosial şəbəkə saytı “facebook”da qeyri-adi formada təbrik mesajı yayılıb.

qaynarxett.az-nun ANS PRESS-ə istinadən məlumatına görə, bu mesajda yazıdan yox, tanınmışların fotoşəkillərindən istifadə olunub.

Belə ki, “Qarabağ” komandasının məşqçisi Qurban Qurbanov, tanınmış meyxanaçı Bayram Kürdəxanılı və Misirin həbsdə olan sabiq prezidenti Hüsnü Mübarəkin şəkilləri photoshop proqramı ilə birləşdirilib.

Paylaşılan bu təbrikə görə ilk 2 nəfərin adı, 3-cünün soyadı oxunduğunda meydana unikal təbrik mesajı çıxır:

“Qurban Bayramınız Mübarək!”