backend

Əsgərlərimiz üçün qurban kəsildi

Əsgərlərimiz üçün qurban kəsildi






















Xidmətdə fərqlənən bir qrup hərbçi hədiyyələr ilə mükafatlandırıldı.

Qurban bayramı ilə bağlı Səbail rayonunda Badamdar qəsəbəsində “N” saylı hərbi hissədə bayram şənliyi keçirilib.

qaynarxett.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyətindən Qafqazinfo-ya verilən məlumata görə, qəsəbə ictimaiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, ağsaqqalların, qəsəbədəki 236, 239 və 329 saylı orta məktəblərin kollektivlərinin nümayəndələri ənənəvi olaraq qəsəbədəki hərbi hissələrin şəxsi heyətinin görüşünə gəlib.

Tədbiri hərbi hissənin komandiri, polkovnik-leytenant Namiq Əfəndiyev açıb və Qurban bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları təbrik edib.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev Qurban Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

Xidmətdə fərqlənən bir qrup hərbçi Səbail RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Daha sonra qurbanlar kəsilib və əsgərlər üçün bayram süfrəsi təşkil olunub. Tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti keçirilib, tədbirdə iştirak edən əsgərlərimizə bayram sovqatları təqdim edilib.