backend

Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların məhkəməsi başlayır

Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların məhkəməsi başlayır






















Həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunurlar.

Ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma məhkəmə işi başlayır.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Xankəndidə baş tutacaq məhkəmə prosesinin keçiriləcəyi vaxt dəqiq bildirilməyib. Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunurlar.

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb.

Daha sonra ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.