backend

Türkiyədə Atatürkün heykəli yandırıldı – FOTO

Türkiyədə Atatürkün heykəli yandırıldı – FOTO






















Aksiyaçılar İŞİD-in oyununa gəlib.

Türkiyədə Kobani işğalı bəhanə edilərək keçirilən etiraz aksiyalarında gərginlik davam edərkən etirazçılar Atatürkün heykəlini yandırıblar.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə İstanbul şəhərinin Esenyurt rayonunda baş verib.

Məlumata görə aksiyaçı bir qrup Esenyurt bələdiyyəsinin və Cümhuriyyət Xalq Partiyası (CHP) rayon şöbəsinin qarşısındakı Atatürkün şahə qalxmış at üzərindəki heykəlini yandırıb.

CHP İstanbul millət vəkili Oğuz Kaan Salıcı heykəlin yanmasını əks etdirən fotonu sosial şəbəkədə paylaşıb. Hadisələrin təxribat olduğunu yazan Salıcı bildirib ki, aksiyaçılar İŞİD-in oyununa gəlib. Millət vəkili həmçinin HDP-dən (Xalqın Demokratiya Partiyası) hadisə barədə üzr və açıqlama gözlədiyini qeyd edib.

Türkiyədə Atatürkün heykəli yandırıldı – FOTO