Bakının mərkəzində yaşayış binası yanır — Sakinlər təxliyə edildi - YENİLƏNİB / FOTOLAR
552
Bakıda yaşayış binasında yanğın davam edir. AZTB.info-nun APA-ya istinadən məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.
Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.
Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.
Sakinlər binadan təxliyə olunub. ***
Bakıda yaşayış binasında yanğın başlayıb.
"Ölkə.Az"ın APA-ya istinadən məlumatına görə, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Alovun qarşısının alınması üçün tədbirlər görülür.