Şahdağda qarın hündürlüyü yarım metri ötdü — FAKTİKİ HAVA
649
Fevralın 18-i gündüzdən 19-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 18-dən 19-u səhərədək hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-32, Lənkəran-Astara zonasında 7-31, Qazax-Gəncə zonasında 8-25, Böyük Qafqazda 4-36, Mərkəzi-Aran rayonlarında 17-29, Kiçik Qafqazda 15-22, Naxçıvan MR-da 7-21 mm olub.