backend

İcra hakimiyyətindən təkzib: Bayraq yandırılmayıb

İcra hakimiyyətindən təkzib: Bayraq yandırılmayıb



























“Şəkildə görsənir ki, kran bayraq dirəyini götürür”.

Kürdəmirdə dövlət bayrağının yanması ilə bağlı yayılan xəbər dezinformasiyadır.

qaynarxett.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Kürdəmir rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Elşən Əzizov deyib.

Icra rəsmisi bildirib ki, Kürdəmirdə abadlıq işləri ilə əlaqədar yol ayrıcında olan bayraq dirəkləri götürülür:

“Hazırda Kürdəmirdə geniş abadlıq, tikinti, quruculuq işləri gedir. İndi Kürdəmirdə yeni bayraq meydanı salınacaq. Ona görə rayonda iki yerdə olan bayraq dirəkləri götürülür. Yayılan şəkildə görsənir ki, kran bayraq dirəyini götürür. Kürdəmir rayonunda 5 hektar ərazidə böyük bir bayraq meydanı tikiləcək. Başqa heç bir hal olmayıb. Bayrağın yanması haqqında yayılan məlumat isə yalandır”.

Xatırladaq ki, yerli KİV-lərdə yayılan məlumata görə, Kürdəmirdə naməlum səbəbdən Azərbaycan bayrağı yanıb.

Qeyd olunur ki, hadisə bu gün günorta saatlarında Kürdəmirin mərkəzində, Dövlət Bayrağı Meydanında baş verib. Bayrağın yanması nəticəsində yaranan hisdən bayraq dirəyinin də bir hissəsi qaralıb. Həmçinin dərhal əraziyə çox sayda polis əməkdaşı cəlb edildiyi qeyd olunub. Əraziyə gələn Kürdəmir rayon icra hakimiyyətinin əməkdaşları bayraq meydanında yanğının fəsadlarını aradan qaldrımağa çalışıb.