backend

4 gizli tuneldən hücuma məruz qalan türk əsgərindən F-16-ya çağırış: "Ölməyimizdən çəkinməyin, bizi də vurun..."

4 gizli tuneldən hücuma məruz qalan türk əsgərindən F-16-ya çağırış: "Ölməyimizdən çəkinməyin, bizi də vurun..."

Xəbər verildiyi kimi, ötən gün gecə Afrində 4 gizli tuneldə gizlənn PYD/YPG terrorçuları gecənin qatı dumanlığında Türkiyə əsgərlərinə qəfil hucum edib.

Nəticədə baş verən şiddətli döyüşdə 8 türk əsgəri şəhid olub.

Mia.az StarTV-yə istinadən xəbər verir ki, hücumu 100-dən çox terrorçu 4 gizli tuneldən qəfil çıxaraq təşkil edib:

"Onlar əvvəldən üstü qapalı olan 4 yeraltı tuneldə gizləniblər. Tunellər o qədər qapalı olub ki, bunu həmin ana qədər nə Türkiyə əsgərləri, nə Azad Suriya Ordusunun üzvləri fərq etməyiblər. Bu axşam gecə saatlarında isə onlar 4 istiqamətdən çıxaraq türk birliyinə hücum edib. Havanın çox dumanlı olmasından istifadə edən terrorçularla ara məsafəsi çox az olub. Ona görə F-16-lar və silahlı hava aparatları döyüşə müdaxilə edə bilməyib. Azsayda türk əsgəri ilə 100-dən çox PYD/YPG terrorçuları arasında saatlarla döyüş gedib. Həmin anda türk əsgərlərdən birinin F-16-ların mərkəzinə "Bizim ölməyimizdən çəkinməyin. Gərikirsə, bizi də vurun, ancaq buradan bir terroristin çıxmasına imkan verməyin" dediyi də məlum olub".

Telekanalın xəbərinə görə, şiddətli döyüşdə 8 türk əsgəri şəhid olsa da, 73 terrorçu məhv edilib:

"Azsayda Türk əsgırinin qarşısında duruş gətirə bilməyən terrorçular yenə də həmin tunellərlə qaşmağa başlayıblar. Amma döyüş meydanında onların 73 meyiti qalıb. Səhər duman çəkiləndən dərhal sonra sonra isə F-16-lar və Atak helikopterləri həmin yeraltı tunelləri, o cümlədən Raco bölgəsinə gələn yolları bombalayıb. Bundan dərhal sonra Türkiyə ordusu hücuma keçərək 8 şəhidin qanını da alıblar. Tunellərin uzandığı 3 kənd PYD terrorçularından tam təmizlənib".