Yunanıstanda türk bayrağı yandırıldı Türkiyə XİN-in sərt reaksiyası
706
Yunanıstanda keçirilən etiraz aksiyasında türk bayrağı yandırılıb. AZTB.info xəbər verir ki, Türkiyənin xarici işlər nazirliyi məsələ ilə bağlı sərt açıqlama verib: “Afinadakı irqçi aksiyaları şiddətlə qınayırıq”.
Nazirlikdən verilən açıqlamada deyilir: “Yunanıstandakı irqçi bir partiya tərəfindən Afina şəhərində 5 mart tarixində ölkəmiz əleyhinə təşkil edilən aksiya keçirilib. Aksiyada bayrağımız yandırılıb. Bunu şiddətlə qınayırıq”. Nazirlik bayrağı yandıranların qısa müddət ərzində saxlanılması və qanun qarşısında cavab verməsini tələb edir.