backend

Azərbaycanda sürücü yol polisini ələ saldı - VİDEO

Azərbaycanda sürücü yol polisini ələ saldı - VİDEO






















YPX əməkdaşı onu sərbəst buraxıb.

Bu ilin aprel ayında çəkilən bu video YouTube sosial şəbəkəsində müzakirələrə səbəb olub.

qaynarxett.az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, Bakı-Sumqayıt yolundakı Ekologiya postunda saxlanılan sürücü özünü polis baş leytenantı Həsənov kimi təqdim edən dövlət yol polisi (DYP) əməkdaşını əməlli-başlı ələ salır.

Polisin qanuni tələbini yerinə yetirərək sənədləri təqdim etməyən sürücü saqqız çeynəyə-çeynəyə, saymazyana şəkildə hərəkətlər edib DYP əməkdaşının özündən sənəd tələb edir. Sürücünün bu hərəkətləri və qeyri-müəyyən sualları qarşısında aciz qalan YPX əməkdaşı onu sərbəst buraxır. Hansı ki, DYP zabitinin dediyinə görə, həmin avtomobilin üzərində həbs var.

Bu video onu göstərir ki, həmin DYP zabiti hazırlıqsızdır və vəzifə səhlənkarlığına yol verir. Səbəb isə sürücünün ondan qanunun tələbi ilə sənədləri tələb etməsidir. Qanunun tələbinə qalsaydı, həmin DYP əməkdaşı hazırlıqlı olmalı, vəzifə borcunu mükəmməl bilməli və icra etməli, sürücünün tələbi ilə öz sənədlərini ona təqdim etməkdən sonra avtomobili cərimə meydançasına aparmalı idi.

Daha peşəkar və hazırlıqlı polis olsaydı, müqavimət göstərən həmin sürücünü maşın qarışıq həbs edə bilərdi. Amma təəssüf ki, özündən razı, sanki, qanunları əzbər bilirmiş kimi davranan bu sürücünün bir-iki sözündən və tələbindən sonra DYP zabiti geri çəkilməli oldu. Sürücünü kobud davrandığına görə tənbeh edərək yola saldı.

Burada iki amil rol oynayır. Bəzən DYP əməkdaşı mental xüsusiyyətləri nəzərə alaraq maşında qadın, uşaq gördükdə “yola verir”. Bəzən isə elə bu videodakı polis kimi, hazırlıqsız olurlar və özündən bir az hazırlıqlı sürücülərin qarşısında geri çəkilirlər. Hər halda, bu videoda DYP əməkdaşının acizliyi üzücü bir mənzərə idi.